Azərbaycan tənqidçi mediasının ən parlaq nümayəndələrindən biri Zaur Qəriboğlu məhkəməyə verilib.
“Reaksiya Media Group”-un rəhbəri, tanınmış jurnalist Zaur Qəriboğlu “Baku Stell Company” tərəfindən məhkəməyə verilib. Bu barədə jurnalist öz feysbuk hesabında məlumat yayıb:
“Ramiz Mehdiyev bizi məhkəməyə verdi!
Bu yaxınlarda Ramiz Mehdiyevin adamı olan “Baku Stell Company”nin rəhbəri Rasim Məmmədovun iş adamlarını necə şərləyib, həbs etdirdiyi, iş adamlarını çökdürmələriylə bağlı veriliş etmişdim. Bu gün məlumat gəlib ki, adam məni məhkəməyə verib və ayın 11-i saat 12:00-da Yasamal Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasıdır!
Ramiz Mehdiyev dözmədi! Bütün həmkarlarımı 11.06.2020, saat 12:00-da Yasamal Rayon Məhkəməsinin qarşısına dəvət edirəm!”
Xural.com bütün duyarlı qələm əhlini prosesə qoşulmağa və tənqidçi medianın ən parlaq nümayəndələrindən biri olan Zaur Qəriboğlunu müdafiə etməyə səsləyir. Biz Zaur Qəriboğlunun və Reaksiya TV-nin yanında olacağıq!
скачать dle 12.1