İspaniyada karantin rejiminin ləğvindən sonra ictimai yerlərdə maska taxmaq məcburi olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Salvador İlya bildirib.
Onun sözlərinə görə, İspaniya hökuməti bu gün sanitar normaları müəyyən edən yeni qanun qəbul edib. Həmin qanun 21 iyunda karantin başa çatdıqdan sonra tətbiq ediləcək. Sanitar normalar məcburi xarakter daşıyır.
"İş yerində, təhsil müəssisələrində, xəstəxanalarda, otellərdə, ticarət müəssisələrində, nəqliyyatda, küçələrdə maskadan istifadə, 1,5 metr sosial məsafənin qorunması məcburi olacaq. Əks halda 100 avro məbləğində cərimə nəzərdə tutulub”, - deyə Salvador İlya bildirib.
O, əlavə edib ki, bu tədbirlər təsirli bir müalicə və ya peyvənd tapılana qədər qüvvədə qalacaq.
Cebhe.infoскачать dle 12.1