Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb.
Axar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.
O bildirib ki, 10 yaşlı Anjelina bu gündən Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub:
"Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin məktəbliyə yeni dərsliklər verilib".İdarənin rəsmisi qeyd edib ki, məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq: "Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi, ümumilikdə, cəmiyyətin uğurudur. Hər birimizə uğurlar, əziz dostlar!".скачать dle 12.1