Bu ilin sonunadək Bakının bir sıra köhnə binalarında Almaniya istehsalı olan 542 lift quraşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov APA-ya deyib.
Onun sözlərinə görə, yeniləmə işləri pilot olaraq paytaxtın Nizami, Qaradağ və Xətai rayonlarında yerləşən binalarda aparılır.
“Hazırda quraşdırılan liftlər Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılaraq qəbul edilir. İstismara yararsız olan liftlər sıradan çıxarılaraq yeniləri ilə əvəzlənir. Eyni zamanda istismar vaxtı bitməyən liftlərdə təmir işləri aparılır. Bu işlər əlavə olaraq növbəti il ərzində də davam etdiriləcək”, - deyə İ.Kərimov bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Atatürk parkının açılışında iştirak edərkən sakinlərin rahatlığı üçün liftlərin yenilənməsinə 40 milyon ayırıldığını bildirmiş, Bakı şəhər meri Eldar Əzizovdan bu sahədə görülən işlərlə bağlı məlumat verməsini istəmişdi. E.Əzizov isə 50 liftin artıq quraşdırıldığını, ilin sonunadək bu rəqəmin 500-ə çatacağını qeyd etmişdi.
Görünür, Prezidentin bu sahəni şəxsən diqqətdə saxlaması meriyanın lift quraşdırılması prosesini daha da sürətləndirməsinə səbəb olub.скачать dle 12.1