Xəbər verdiyimiz kimi, dünən saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutul­muşdur. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarasından şəhid olub.
Unikal.org-un araşdırmasına görə, Səfərəli Abı­şov bu ilin iyun ayında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən hərbi əməkdaşlığa görə medalı ilə təltif edilib. 
Generalın onu bu medalla təltif etməsinə səbəb təminat yolla­rı­nın salınması ilə məş­ğul olduğu zaman onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulmasına baxmayaraq, cəsarəti ilə işini davam etdirməsi olub. 
Mərhum atəşə tutulan digər ekskavator operatorları ilə birgə ordu qəzetinə bir fikirdə səsləndirmişdi: “Düşmənin istənilən təxribatına baxmayaraq biz yenə də işimizə davam edirik”.скачать dle 12.1