BakiSesi.com

Fizika üzrə Nobel mükafatları təqdim olundu

Tarix:8-10-2019, 18:00 | Oxunub: 5 293
Fizika üzrə Nobel mükafatları təqdim olundu
Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafatlar təqdim olunub.
Bakısesi.com Trend-ə istinadən xəbər verir ki, bu il bu mükafatı amerikalı Ceyms Pibls, isveçrəli Mişel Mayor və Didye Keloz əldə ediblər.
Onlar kainatın təkamülü və Yer planetinin kosmosdakı yeri ilə bağlı işlərə görə mükafata layiq görülüblər.
Qeyd edək ki, oktyabrın 9-u kimya, 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.скачать dle 12.1