Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində söküntü işlərinə başlanılıb.
Milli.Az xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb. Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.скачать dle 12.1