BakiSesi.com

Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir

Tarix:12-10-2019, 15:50 | Oxunub: 7 369
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.скачать dle 12.1