Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın,  RİH başçısı Aparatının məsul işçilərinin, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin və soyqırım şahidlərinin,  könüllülərin iştirakı ilə videokonfrans formatında anım tədbiri keçirilib.
Videokonfrans formatında keçirilən anım tədbirini giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Xocalı faciəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıb. O, çıxışında deyib ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımı zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərib, Xocalı şəhərinin ölməzlik tarixini yazıblar: “Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti 1994-cü ilin fevralında  Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir sıra beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir”.
Anım tədbirində Xocalı şəhəri İcra hakimiyyəti başçısının Nərimanov rayonu üzrə nümayəndəsi, şəhid ailəsinin üzvü Mehriban Əliyeva,  Xocalı hadisələrinin canlı şahidləri, Xocalı rayon sakinləri Aygül Həsənova, Cəmilə Aslanova  və digər çıxış edən könüllülər  bildiriblər ki, bu faciə təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayətdir və Xocalı soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayacaq. 
Çıxışlarda həmçinin Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından da fəxrlə danışılıb, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib. Xocalı sakinlərinin çıxışlarında dövlətin hər zaman onların yanında olduğu, daima diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.скачать dle 12.1