Demək olar ki, hər kəsin bir stressli dövrü olur. Buna əsasən keçirdiyimiz travmalar, yaşadığımız hər hansı pis hadisə və s. səbəb ola bilər.  Adətən  dövri olan bu əhval-ruhiyyə bir müddət sonra yox olur.Lakin  bu depresiv əhval (kədər , ümidsizlik) uzun müddət davam edərsə, davamlı depressiyaya çevrilə bilər. Depressiya mülayim, orta və ağır depressiya kimi təsnif edilir.
Əslində mövsümi əhval pozğunluğu halı təkcə payız-qış ayları üçün deyil, digər fəsillər üçün də keçərlidir. Şimal ölkələrində, xüsusən də qış aylarının daha uzun və qaranlıq olduğu yerlərdə yaşayan insanlarda mövsümi depressiyaya daha çox rast gəlinir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yuxarıda qeyd edildiyi kimi, depressiv əhval müxtəlif səbəblərdən yarana bilər. Qış depressiyası, payız və qış aylarında günəş işığının az olması səbəbindən beyindəki pozulmuş hormonal balansdan qaynaqlanır. Səbəb isə, qışda günlərin qısaldılması ilə bədənin gündüz və gecə ritmi pisləşir. Bu pisləşmə ilə beyindəki hormonlar və siqnal verici  maddələrin (neyrotransmitterlər) balansı pozulur.
Siqnal verici maddələr (neyrotransmitterlər) beyində siqnal ötürülməsində mühüm rol oynayan üzvi kimyəvi komponentlərdir. Dopamin, Norepinefrin, Serotonin və Endorfin beynin ən vacib siqnal verici maddələridir. Bu maddələr bədənin özü tərəfindən istehsal olunur və bir-biri ilə çox xüsusi əlaqəsi var. Bu əlaqənin pisləşməsi, məsələn, bir maddənin qeyri-adekvat istehsalı, emosiya, davranış və qavrayışa mənfi təsir göstərir.
Bu maddələrin funksiyası nədir?
-Dopamin, norepinefrin ilə birlikdə bədəndə xoş hisslər yaradır. Dopamin səviyyəsində bir qədər azalma depressiyaya səbəb olur.
-Serotonin sakitlik, tarazlıq və məmnunluq təmin edir. Eyni zamanda aclıq, qorxu, təcavüz, kədər və narahatlıq kimi hisləri azaldır.
-Norepinefrin bədəni enerjili saxlayır və stimullaşdırır.
-Endorfin ağrı kəsicidir. Hətta endorfin səviyyəsində kiçik bir enmə  ağrı hissini daha da gücləndirir.
 
Qadınlarda bu dövri əhval kişilərə nisbətən iki dəfə çoxdur. Bunun səbəbi qadınların həyat boyu hormon dalğalanmalarına daha çox məruz qalmalarıdır.
Qadınlar ümumiyyətlə aşağıdakı dövrlərdə depresiv əhval-ruhiyyə daha çox müşahidə olunur:
-Menstruasiya dövrü-Hamiləlik dövrü
-Doğum dövrü
-Doğumdan sonrakı dövr
Qış depressiyasının simptomlarına isə aiddir:
Artan yorğunluq, konsentrasiya problemi, ruh düşkünlüyü , maraq itkisi, tükənmə, həvəssizlik, sosial təcrid, kökəlmə, gərginlik, əsəbilik, iştahsızlıq, yuxu pozğunluğu.
Qış depressiyası müalicəsi
Həm qış depressiyası ,həm də digər mövsümi depressiyalar  xəstəliyin hansı dərəcədə olmasına görə müalicə edilməlidir. Yüngül hallar üçün sadə tədbirlər kifayətdir. Bunun üçün xəstəyə xoşbəxtlik hormonu  serotonin istehsalını stimullaşdırmaq üçün sadə tədbirlər görmək lazımdır. Gün ərzində gəzinti, idmanla məşğul olmaq, nizamlı qidalanma və s. Daha şiddətli və uzunmüddətli şikayətlər üçün, bir mütəxəssis həkimə müraciət etmək məsləhətdir. Müalicə üçün həmişə anti depressiv  həblər qəbul etmək lazım olmaya bilər.скачать dle 12.1