BakiSesi.com

Bakıda bu binaların dam örütüyü təmir olunacaq

Tarix:22-10-2019, 19:00 | Oxunub: 126 476
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0  milyon manat vəsait ayrılıb.lk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib. 
Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə,  prezidentin sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə bağlanılmışdır. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir. 
Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir. 
Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi Komissiya tərəfindən qəbul edilir.  Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcəkdir.
380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukrurları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcəkdir.скачать dle 12.1