Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Axtaçı Şirvan kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.
скачать dle 12.1