AZƏRBAYCAN RESPUBLİKASININ ALİ BAŞ KOMANDANI Cənab İ.ƏLİYEVƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE PREZİDENTİ xanım M.ƏLİYEVAYA,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Əli Əsədova,

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN KÖMƏKÇİSİ F.Ələsgərova,

ARBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

AZƏRBAYCAN RESPUBLİKASI PA-nın şöbə müdiri cənab Z.Nağdaliyevə,

AZƏRBAYCAN RESPUBLİKASININ Dövlət Turizm Agentliyinə,

ƏƏSM naziri cənab Sahil Babayevə, İqtisadiyyat naziri cənab M.Cabbarova,

AZƏRBAYCAN RESPUBLİKASININ Müdafiə naziri cənab Z.Həsənova,

AZƏRBAYCAN RESPUBLİKASININ Ombudsman sədri xanım S.Əliyevaya,

AZƏRBAYCAN RESPUBLİKASININ Baş Prokuroru cənab K.Əliyevə,

AZƏRBAYCAN RESPUBLİKASININ Daxili İşlər nazirinə, KİV-orqanlarına,

“KAPİTAL BANK” ASC-nin İdarə Heyətinin sədrinə, DTX rəisi cənab Əli NAĞIYEVƏ

Vətən Müharibəsi qazi qardaşları - Naxçıvanda N saylı xüsusi təyinatlı h/hissəsinin MAXEsi olmuş Baxışov Məhəmmədəli Rəşad oğlu və könüllü Baxışov Baxış Rəşad oğlundan ( İsmayıllı rayonun Zeyvə kənd sakinləri, hazırda Bakıda müalicə və reabilitasiyada olan)

“Kiçik sahibkar olmuş atamıza qarşı olan ayrıseçkiliyin dərhal aradan qaldırılması və “Kapitalbank” tərəfindən götürdüyüm 3000 manat kreditin əməkhaqqı kartından tutulmasının dayandırılmsı” barədə

M Ü R A C İ Ə T

Çoxhörmətli Ali Baş komandan biz Baxışov qardaşları Sizin əmrinizlə Azərbaycanın işğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən xıradək iştirak etmiş və hər ikimiz də Şuşa şəhərini azad etdikdən sonra ağır yaralanmışıq. Biz Vətən, Millət qarşısında borcumuzu layiqincə yerinə yetirmişik. Hazırda mən, Məhəmmədəli Baxışov Müdafiə nazirliyinin Mərkəzi Hospitalında, mən Baxış Baxışov isə Mərdəkandakı Reabilitasiya Mərkəzində müalicələrimizi davam etdiririk. Amma bu gün şox təəssüflənirik ki, bizi ən çox incidən xarici düşmən raketlərinin zərbəsindən aldığımız yaralar deyil, daxili məmurlarımızın atamız Rəşad Arazxan oğluna qarşı törətdikləri mənəvi rəzalətlərdir. Belə ki, atamız biz də daxil 5 nəfərlik ailəsini dolandırmaq üçün İsmayıllı rayonun Bizlan kəndinin girəcəyində, Basqal kəndinə yaxın olan yol kənarındakı 6x4 ölçüdə olan qəssab dükanını və balaca kafesini 2020-ci ildən yol genişlənməsi bəhanəsilə qonşuluqda olan obyektlərlə birlikdə götürüblər. Lakin atamdan başqa digərlərinin budka maqazinləri Dövlət Turizm Agentliyi tərəfindən İsmayıllı rayon İcra hakimiyyəti başçısının razılığı əsasında yenidən daşdan səliqəli formada tikilib təhvil veriblər.

Budur 1 ildir ki, atama yerli məmurlar imkan və icazə vermirlər ki. qazilərin atası da işsiz qalmasın, şərait yaradaq dolansın. Dövlət Turizm Agentliyinə atamız müraciət edəndə də deyirlər ki, başçı razılıq versin sizə də obyektin tikintisində köməklik edək. Amma cənab başçı nədənsə kasıbçılığıma görə hələlik icazə vermir. Və bilir ki, mənim hər iki oğlum müharibədə ağır yaralanıblar. Yaxşı ki, mən Baxış müalicədən bir müddət evə buraxılanda ismayıllı rayon Səfərbərlik rəisilə birlikdə kənddəki evimizə gəlib mən Baxışla şəkil çəkdirib getdilər. yenə də sağ olsunlar ki, maddi dəstək olmasalar da, 20 dəqiqə mənəvi dəstək oldular.

Mən, Məhəmmədəli Baxışov İsmayıllıdakı ailəmizin dolanacağı üçün “Kapital Bank”dan 3000 manat kredit götürmüşdüm. Müharibəyə getdiyim üçün ödənişi müvəqqəti dayandırdılar. Budur, fevral və mart aylarından yenə də maaş kartımdan tutmağa başlayıblar. Baxmayaraq ki, cənab Prezidentin xüsusi sərəncamı vardır ki, kredit götürən şəhid ailələri və qazilər nəzərə alınsın. Ona görə də ailəmə köməklik göstərə bilmirəm.

Atamız 1 ildir ki, ona qarşı törədilən ayrıseçkiliyə görə işsiz qalıb. Bilmir ki, borc alıb Bakıya bizi yoluxmağa gəlsin, yoxsa 3 nəfərlik ailəsinə quru çörək alsın.

Cənab Ali Baş komandan biz qardaşlar müharibəyə gedəndə heç vaxt inana bilməzdik ki, qanımız Vətən torpağına töküləndə yerli məmurlar tərəfindən ailəmizə qarşı belə etinasız yanaşma olacaq, ayrıseçkilik olacaq, “Kapitalbank” prezident tapşırığını qulaqardına vuracaq. Amma düşmənlə müharibədə erməni polkovnikinin iki oğlunu da özü də məhv edildi, İspaniyadan, Ftansadan gəlmiş məşhur biznesmanləri, Qafan şəhərinin merinin oğlu, deputatların oğulları və digər yüksək ranqlı məmur övladları silahdaşlarımızın sərrast atəşlərilə məhv edildilər. Biz isə həm məmur oğullarının, həm də öz yerimizə vuruşduq, bu da sonda bizə olan münasibət. İndi kim utanmalıdır? Atamız, yoxsa ona qarşı laqeyid olan məmurlarımız? Ona görəmi Şuşada döyüşərkən Rusiyaya məxsus üstümüzə atılan “İsgəndər M” raketlərinin hədəfinə tuş gəlmişik ki, bu gün Atamız Rəşad 4-cü kateqoriyalı bir kasıb adam hesab olunaraq dolanacaq üçün işlətdiyi balaca obyektini söküb tullasınlar?

Cənab Ali Baş Komandan! Biz bilirik ki, Siz həmişə məmurları xalqımıza xidmət göstərməyə dəvət etmisiniz və şəxsi nümunə göstərmisiniz. Ona görə xalqımız içində biz qarışıq Sizin əmrinizi ləyaqətlə yerinə yetirdik və yetirəcəyik. Amma çox xahiş edirik ki, atamız Rəşadın bizim yanımızda imkansızlıqdan mənəvi və maddi əziyyət çəkməsinin qarşısının alınması üçün ona da bir kiçik sahibkar kimi öz əvvəlki işilə məşğul olmağa köməklik göstərilməsinə, Dövlət Turizm Agentliyi rəhbərliyi qarşısında məsələ qaldırılmasına və mənim “Kapitalbank”dan götürdüyüm kredit borcumun silinməsinə köməklik etməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk. Allah Sizi və Millətimizi qorusun. Amin!

Əlavə: fotolarımız. 2 ədəd.

Hörmətlə, Vətən Müharibəsi qazı qardaşları Məhəmmədəli və Baxış Baxışovlar

Əlaqə: 055- 677 34 84. Tarix: 08 aprel 2021-ci il.
скачать dle 12.1