Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələyib.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, Poqosyan Muradova səslənərək "Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksiniz", - deyib.
Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsrilər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı. Bu məsələyə reaksiya verən Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatda ittiham edib.
"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi",- deyən rusiyalı general bildirib ki, "əsirlərin" qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi. (Virtulaz.org)скачать dle 12.1