Ölkə karantin rejimində olduğu halda “Azərbaycan” Nəşriyyatının təsərrüfat şöbəsinin müdiri Etibar Hümbətov burada olan icarədarlara-yəni qəzet və sayt rəhbərlərinə ismarıc göndərib ki, gəlin icarə haqqlarını verin.
Sabahnews.az-a verilən xəbərdə deyilir ki, çoxları borc-xərc tapıb bu pulu ödəyiblər. Bilirlər ki, ölkədə baş verənlərin, dövlət başçısı verən tapşırıqların,karantin rejimində vətəndaşlara verilən güzəştlərin Nəşriyyata dəxli yoxdu.
Pulu verməsələr qapının ağzında polis saxlayacaq, həmkarlar qarşısında utanc vəziyyətə düşcəklər. Yanına gəlib-gedənlər sorğulanacaq,bir sözlə normal fəaliyyətə mane olacaqlar.
Ümumiyyətlə Nəşriyyatla bağlı mənfi fikirlər çoxdur.
“Azərbaycan” Nəşriyyatı ötən əsrin 70-ci illərində inşa olunub, çox da möhtəşəm arxitekturaya malik tikilidir. 
Ancaq uzun zamandan bəri təmir olunmayıb.
Deyək ki, nəşriyyatda ayrı-ayrı mərtəbələrdə bəzək-düzəkli redaksiyalar da var, rəhbərlik də özünə qəşəng rezervasiyalar düzəldir, amma onların tualetləri də ayrıdır, açarları da özləri ilə gəzdirirlər. 
Əksər mərtəbələr isə bərbad gündədir.
“Azərbaycan” Nəşriyyatı ölkədə gedən inkişafdan sanki kənarda qalıb.Yəni inkişafın işıltısını nəşriyyatın binasında az da olsa görmək mümkün deyil. Bugünkü vəziyyətdə işıqlar sönəndə binada vəziyyət bərbad hala düşür, lift işləmir. Halbuki başqa binaların hamısında generator quraşdırılıb hər cür şərait var. 
4 liftdən yalnız 3-ü işləyir. Əsas liftlərdən biri neçə il bundan əvvəl xarab olsa da nə təmir edilməyib, nə yenisi alınmayıb.
Bəs icarə haqları, ayrılan pullar hara xərclənir? Mediada bu haqda dəfələrlə yazı gedib.
Burada mediaya aidiyyəti olmayan şəxslərin stomatoloji kabinet, zərgərlik sexi, şirniyyat sexi və s. sahələrdə fəaliyyət göstərməsi haqda informasiyalar verilib.
Lakin problemlər hələ də öz həllini tapmayıb. Çünki “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərov Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan güc alaraq, nəinki göstərilən neqativ hadisələri aradan qaldırmağa cəhd etmiş, əksinə mövcud olan problemlərin üzərinə hər ötən gün yenilərini əlavə etmişdir.
Blogger Ata Abdullayevin üfunətli ayaqyollarından süjet hazırlaması Ağabəy Əsgərovu özündən çıxarsa da nəticədə heç nə dəyişmədi. Direktor “xərcə” düşmək fikrində deyil.

P.S. Ağabəy Əsgərov ofisində kimin portretin saxlayır, serjant Etibar Hümbətov necə təsərrüfat şöbəsi müdiri oldu-bunlar haqda gələn saylarımızda.

скачать dle 12.1