Beynəlxalq Dialoq və İnkişaf Alyansı 6 ilə yaxındır ki, erməni əsirliyində saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Robert Spanoya Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş, məcburi köçkünlər – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən baxılmaqda olan işin mümkün qədər tezləşdirilməsini istəyib.
Müraciətdə bildirilir ki, 6 ildir Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı mövcud iş İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmaqdadır:
“Girovların səhhətində cox ciddi problemlər var və həkim nəzarətində saxlanılmaqdadırlar. Avropa məhkəməsində isə məsələyə baxılması prosesi uzanır. Girovların səhhətlərinin hər an ağırlaşa biləcəyi ehtimalı yüksəkdir. Onlar girovluqda olduqları zaman dünyasını dəyişərlərsə, məhkəmənin qərarının hansı əhəmiyyət kəsb edəcəyi düşündürücüdür”.
Məktubda, Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Robert Spanodan girovların səhhətindəki ciddi problemlər nəzərə alınaraq, prosesin sürətli həllinə qərar verməsi vurğulanıb. Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, hər iki girov Qarabağda erməni əsirliyində saxlanılır.скачать dle 12.1