Ermənistanda hakimiyyətdə hansı siyasi qüvvənin olmasəndan asılı olmayaraq, bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməzdir.
Bunu “Ölkə.Az”a açıqlamasında AMİP sədr əvəzi Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bu özünü “demokrat” adlandıran Nikol Paşinyanın hakimiyyətə gəlişi də sübut etdi. “Əgər ondan öncə  Ermənistanı cinayətkar hərbi xunta idarə edirdisə, 2018-ci ildə hakimiyyətə özlərini “demokratik” və “demokratik dəyərlərə, insane haqlarının müdafişisi” kimi qələmə verən Nikol Paşinyanın komandası hakimiyyətə gəldi. Məgər ondan sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində hansısa irəliləyiş oldumu? Xeyr! Əksinə  danışqılar prosesi dalan dirəndi. Nəticədə Ermənistan tərəfin  işğalçılıq siyasətini davam etdirməkdə israrlı olduğunu ortaya qoyaraq, davamalı olaraq bölgədə vəziyyətin daha da gərginləşməsi istiqamətində təxribatçı fəaliyyətini davam etdirməkdədir.Çox təəssüflər olsun ki, münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT MQ həmsədrləri də İrəvanının bu təxribatçı fəaliyyətinə göz yummaqdadırlar. Yaxud da dolayısı ilə ona dəstək verməklə bölgədə gərginliyin saxlanması ilə öz geosiyasi maraqlarının təmin olunması uğrunda mübarizə aparırlar. Düzdür, Azərbaycan tərəfinin yürütdüyü  xarici siyasət nəticəsində beynəlxalq aləmdə münaqişənin həllinə münasibətdə  ciddi dəyişikliklər baş verib. Artıq beynəlxalq aləm və beynəlxalq təşkilatlar  bu məsələdə Azərbaycanın haqlı və Ermənistanın işğalçı dövlət olduğunu qəbul edirlər. Bu da qəbul edilən sənədlərdə öğz əksini tapır. Beynəlxalq aləm birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həllini tələb edir. Sadəcə olaraq Ermənistan hələ də destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ancaq Ermənistan onu da bilməlidir  ki, Azərbaycanı səbri sonsuz deyil. Ermənistan da yaxşı anlayır ki, “Aprel döyüşləri” təkrarlanması qaçılmazdır və bu baş verəcəyi təqdirdə bölgədə hansı vəziyyətin yaranacağını da yaxşı bilirlər. Çünki  bu gün  güclü Azərbaycan ordusu var və qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmağa qadirdir”- A.Əlizadə deyib.скачать dle 12.1