Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək...
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.
Onun sözlərinə görə, karantin postlarından yalnız ölkə ərazisində hərəkətə icazə veriləcək:
"Karantin postlarından rayonlara keçmək istəyənlər yalnız ezamiyyə vərəqəsi təqdim etməlidir. Yəni, işə gedib-gəlmək icazəsi olan şəxslər postlardan rayonlara keçə bilməyəcək. Həmin şəxslər yalnız iş yerindən ezamiyyə vərəqəsi almalı, həmin sənədi karantin postuna təqdim etməklə yalnız tək özü postdan rayona buraxılacaq. Digər şəxslər karantin postlarından geri qaytarılacaq".
Qeyd edək ki, indiyə kimi 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb.скачать dle 12.1