Hacıqabul Rayon İcra Hakimiyyətinin tender nəticələri ləğv olunub.

Yekun nəticələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30 iyul 2021-ci il tarixli AİBNDX-15/01-5/5196p nömrəli məktubuna əsasən ləğv edilib.

Qeyd edək ki, tender 2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin yerinə yetirilməsi üçün iyulun 9-da keçirilib. Qalib şirkət - "İnşaatçı-S” MMC ilə 57,565 min manat dəyərində satınalma müqaviləsi imzalanıb. /7news.az/
скачать dle 12.1