Bakıda bina sakinləri tikinti şirkətindən narazıdırlar.
 
Bakisesi.com-un məlumatına görə, 10-a yaxın sakin yaşadığı yaşayış binasının tikinti şirkəti tərəfindən sökülməsindən şikayət edirlər.
 
Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 158 ünvanında yerləşən yaşayış binasında yaşayan bir neçə sakin iddia edir ki, həmin bina ''Yeni Ailə'' MTK tərəfindən sökülərək yerində 16 mərtəbəli yeni yaşayış binası tikiləcək. Onların yaşadığı binanın sökülməsinə səbəb kimi isə yaşayış binasının qəzalı vəziyyətdə olması göstərilib.
 
Sakinlər deyir ki, 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri binanın texniki vəziyyətini yoxlamaq üçün əraziyə baxış keçiriblər.Yekunda isə tərtib olunan aktda qeyd olunub ki, yaşayış binasının yükdaşıyan divarlarının qapı və pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli 2-3 millimetr ölçülü olan çatlar, divarlarda sement-qum məhlulundan olan suvaq qatında aşımalar müşahidə olunub. Bununla razılaşmayan sakinlər isə məhkəməyə müraciət ediblər.
 
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 iyun 2020-ci ildə verilən ekspert rəyində isə bildirilib ki, yaşayış binasının yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Bununla yanaşı, yaşayış binası tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının təsir zonasında yerləşdiyinə görə binanın istimsarı sakinlərin həyatı üçün təhlükəlidir.
 
''Yeni Ailə'' MTK-nın sədri Ziya Hacıyev isə bildirdi ki, Nazirlər Kabinetinin qərarına və Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən pilot layihə əsasında həmin yaşayış binası sökülərək yerində müasir görkəmli yeni yaşayış binsı tikilməlidir. Yeni tikiləcək binadan isə həmin sakinlərə kvadarat sahəsi artıq olmaqla mənzillər veriləcək.
 
Ziya Hacıyev onu da qeyd edib ki, binada yaşayan digər sakinlərlə razılığa gəlinib və onlarla müqavilə də imzalanıb. Hazırda binanın söküntüsünə başlanılmasa da növbəti məhkəmənin verdiyi qərardan aslı olaraq addımlar atılacaq.Xəzərxəbərскачать dle 12.1