Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, bu gün  Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinə sadiq peşəkar hərbçilərimizdəndir. Adı heç zaman qalmaqallı məsələlərdə, korrupsiyada hallanmayan Kərəm Mustafayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı olduğu müddətdə yaratdığı yüksək nizam-intizama görə hər zaman seçilib. General-leytenant Kərəm Mustafayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Bu gün müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan xalqının Kərəm Mustafayev kimi peşəkar kadrlara böyük ehtiyacı var. Onun keçdiyi şərəfli xidmət yolu gənc hərbçilərimiz üçün əsl məktəbdir. Kərəm Mustafayev kimi peşəkar hərbçilərimizin qədrini  vaxtinda bilməliyik.
Ehtiyyatda olan Polkovnik Rövşən Məhərrəmov
скачать dle 12.1