Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.
Bu barədə APA-ya xanəndənin qızı məlumat verib.
O bildirib ki, C.Əkborov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.
Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.скачать dle 12.1