"Uşaqların sağlamlığı hər şeydən vacibdir. Amma buna məktəbi bağlamaqla nail olmaq mümkün deyil". 
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, həmin uşaqların valideynləri, ailə üzvləri hər gün marketdə, aptekdə, restoranda olur, ictimai nəqliyyatdan istifadə edirlər: “Biz isə heç bir yerin bağlanmasını yox, ancaq məktəblərin bağlanmasını istəyirik. Uşaqların valideynləri iş yerində yoluxub, evdə uşaqlarını  yoluxdura bilməz?! Bizim qədər təhsilə qeyri-ciddi yanaşan ikinci toplum yoxdur. Bu məsələdə çox ciddi olmalıyıq”. 
Ekspert bildirib ki, distant təhsil keyfiyyətli və əlçatan deyil: “Amma sərt nəzarət və tələbkarlıq olsa, nəyəsə nail olmaq olar. Bəlkə pandemiya 10 il davam etdi, biz də yoluxma azalanda, təhsil müəssisələrini açıb, çoxalanda bağlamaqla tədbir görəcəyik?". 

 Məktəblər bağlansa, yoluxmaazalacaq? – AÇIQLAMA
скачать dle 12.1