Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonda 8-ci sinif şagirdi dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5  nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli
***
15:12
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)
скачать dle 12.1