Səhiyyə Nazirliyinə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasəti və nəzarətini həyata keçirmək səlahiyyəti verilib.
"Bakisesi.com"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.10-3-cü bənd əlavə edilib:
“8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;”.скачать dle 12.1