Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib.
Bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.
 
Azxeber.com-un əldə etdiyi məlumata görə, Əhməd Babayev bu gün səhər metronun "28 May" stansiyasında vəfat edib.

скачать dle 12.1