Rusiya sülhməramlıları Qarabağa yerləşdirildikdən sonra 1900-dan çox hərbçinin cəsədini Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil veriblər.
Bunu "TASS”a Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov deyib.
 
"Rusiyalı sülhməramlılar Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına 1960 cəsəd təhvil verib. Axtarış tədbirlərini davam etdiririk”, - deyə Muradov bildirib.
O, həmçinin qeyd edib ki, hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad olunaraq vətənlərinə qaytarılıb.
скачать dle 12.1