Ləğv olunmuş Mətbuat və İnformasiya nazirinin sabiq birinci müavini (1991-2001), Xalq şairi Nəriman Həsənzadə Prezidentin sabiq köməkçisi Əli Həsənovu sərt tənqid edib.

Nəriman Həsənzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Əli Həsənov vəzifədə olan zaman qanunsuz əməlləri gizlədilib:

"Ona Prezidentin köməkçisi olduğuna görə hörmət edilib. Mən də hamı kimi ona cənab Prezidentə görə hörmət etmişəm. Ümumiyyətlə, mən Əli Həsənovla oturub-durmamışam. İndi mediadan oxuyuram ki, sən demə vəzifədə olarkən ciddi qanunsuz əməllərə yol veribmiş. Əli Həsənovun bu cür əməllərinə heç zaman yaxşı baxmaq olmaz".

Əli Həsənovun Fətullah Gülənlə əlaqələrinin olması barədə mediada yazılan xəbərlərə də toxunan Nəriman Həsənzadə deyib ki, bu cür hərəkətlər yolverilməzdir:

"Onun Fətullah Gülənlə əlaqələrinin olması barədə xəbərlərlə tanışam. Bu, çox pis haldır. Axı sənə Azərbaycanda bu qədər böyük etimad göstərilibsə, o zaman bütün bunlara nə gərək var idi? İndi Azərbaycan müharibə şəraitində yaşayır. Xalqımız birləşməli və hər birimiz yalnız cənab Prezidentin yanında olmalıyıq. Azərbaycanın yeganə qarantı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Allah onları qorusun!".
скачать dle 12.1