Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov "Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, general-polkovnik Vaqif Axundov 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi, 2 iyun 2003-cü ildən 16 mart 2020-ci ilə qədər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olub. Bu gün onun 70 yaşı tamam olur.скачать dle 12.1