“Bu gün siyasi oyunlar gedir və o da Azərbaycanın başındadır. Bizim prezidentimiz də, ordumuz da güclüdür və inanırıq ki, hər şey yaxşı olacaq”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı deyib. O, şəhid olan hərbçimizin ailəsinə başsağlığı verib:

“Qazıqulu kəndi cəbhə bölgəsinə yaxın kənddir. Şəhid olan hərbçimizə Allahdan rəhmət diləyirəm. Bu gün siyasi oyunlar gedir və o da Azərbaycanın başındadır. Bizim prezidentimiz də, ordumuz da güclüdür və inanırıq ki, hər şey yaxşı olacaq. Çavuşumuzun şəhid olmasına görə çox təsirləndim. Tovuz istiqamətində heç vaxt bir qarış belə olsun torpaq verməmişik və bundan sonra da verməyəcəyik. Mən ordumuza böyük dəyanət arzulayıram və inanıram ki, onlar, başda Ali Baş Komandanımız olmaqla meydanda möhkəm dayanıblar. Tovuz indiyə kimi Koroğlu, Bozqurd yurdu olaraq düşmənlə üzbəüz elə dayanıb ki, Tovuzun adı gələndə düşmən zağ-zağ əsməyə başlayıb. Bunda sonra da belə olacaq. Əgər fikir vermisinizsə, o torpaqda qoca kişi də, qadın da, uşaq da Azərbaycan bayrağına sarılaraq torpağın mütövlüyünü, bölünməzliyini müdafiə edib. Mən elə başa düşürəm ki, Tovuz öz torpağıyla, şəhidiylə, camaatıyla Azərbaycanın bir qürur yeri olacaq. Şəhidimizin ruhu şad olsun. Bizim dövlətimiz heç vaxt onun ailəsini tək qoymayacaq. Ayaqda dik durub, torpağımızı qorumalıyıq. Son vaxtlar Tovuzda baş verən hadisələri Azərbaycanın birliyinin, sarsılmazlığının əlaməti kimi görürəm. Bu mənada düşünürəm ki, əsgərlərimiz və xalqımız düşmənə öz layiqli cavabını verəcək”.

Vasif Əlihüseynскачать dle 12.1