Xəbər verdiyimiz kimi son zamanlar Qarabağla bağlı müharibə xəbərlərinin yayılması sənət adamlarını da ruhlandırıb. Ağdam rayonunda doğulub boya-başa çatan Əməkdar artist Firuz Səxavət doğma yurduna qayıdacağı günün uzaqda olmadığına inandığını deyib. 

Muğam ifaçısı Moderator.az-a açıqlamasında Ağdama qayıdarkən ilk arzusunda da danışıb:

“Ağdam həmişə yuxuma girir, nə vaxt yuxumuzdan çıxıb ki? İnanırıq ki, indiki məqamda məqsədimizə çatacağıq. Dövlətimizin bu cür addımı, insanlardakı ruh yüksəkliyi adama qürur verir və əminlik yaradır. Allahın köməyilə hər şey yaxşı olar yəqin ki. Ağdam alınsın təbii ki, ilk arzum qardaşımın məzarını ziyarət etməkdir. Bilirsiniz ki, müharibəyə görə onun məzar daşını da qoya bilmədik. Çox istəyərdim ki, Səxavət müəllimin məzarını təmir edək. Öz ata evimizdən isə xəbərimiz yoxdur, o evi ermənilər yandırıb, yoxsa kimisə yerləşdiriblər, bilmirik”. 

Vasif Əlihüseyn
скачать dle 12.1