BakiSesi.com

Başçı müavininin maşın kolleksiyası: özü danışdı - FOTOLAR

Tarix:26-09-2020, 13:26 | Oxunub: 39
Başçı müavininin maşın kolleksiyası: özü danışdı - FOTOLAR
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun övladlarına məxsus olduğu bildirilən çox bahalı maşınların fotoları yayılıb.
Axar.az xəbər verir ki, sosial şəbəkə fəalları tərəfindən paylaşılan məlumatda maşın kolleksiyasının həddən artıq zəngin olduğu vurğulanıb.
Bildirilib ki, maşın kolleksiyası İ.Məmmədovun oğlanları Nicat və Kənan Məmmədovlara aiddir. Kolleksiyada dövlət nömrə nişanları 90 LV 800, 90 HL 333, 90 OV 800, 90 OR 800, 99 GE 080 olan “Rənc Rover”, “Mersedes AMG S65”, “Mersedes S500”, “Toyota Kamri” avtomobilləri var.
Yayılan fotolar və iddialarla bağlı saytımıza açıqlama verən İ.Məmmədov bildirib ki, ailəsinə məxsus cəmi 2 maşın var:
“Oğlanlarıma məxsus avtpmpbil kolleksiyasının olması barədə yayılan məlumatlar şər-böhtandır. Allah eləsin ki, mənim oğlumun 5 maşını olsun. Amma evimizin cəmi 2 maşını var. Özümünkü 2006-cı ilin "Rənc Rover"idir, onun da bazardakı təxmini qiyməti 11-12 min dollardır. Oğlumun isə "Toyota Kamri" markalı avtomobili var. Bunu Dövlət Yol Polisi ilə dəqiqləşdirə bilərlər. Paylaşılan məlumatlarda bir nömrənin bir neçə avtomobildə olduğu görünür. Amma həmin avtomobil satılmasa və başqası alınmasa, bu hal mümkün deyil. Səhv məlumatı kim hansı məqsədlə yayıb, bilmirəm".
скачать dle 12.1