Ermənilər bu dəfə tanınmış aktyor Tural Əhmədi “öldürüb”.
Bakısəsi xəbər verir ki, Ermənistanın arcakh24.info saytı  bu barədə yalan məlumat yayıb. Onlar Tural Əhmədin cəbhədə həlak olduğunu yazıblar.
Sənətçi özü də sosial şəbəkə hesabında bu barədə  “Məni də “öldürdülər”. Özü də yüksək rütbəli zabit adıyla” – yazaraq paylaşım edib.
Xatırladaq ki, ermənilər indiyə kimi meyxanaçı Mehman Əhmədli, Aşıq Namiq Fərhadoğlu, Namiq Qaraçuxurlu və prodüser Tarix Əliyev (Tolik) kimi məşhurları öldürdükləri barədə paylaşımlar ediblər.

скачать dle 12.1