Türkiyədə Bursa şəhərinin Osmanqazi rayonunda Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adı verilən parkın açılışı olub.

“Anadolu” agentliyi xəbər verir ki, parkın açılışında Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar, Azərbaycanın Ankaradakı səfirinin məsləhətçisi Ruslan Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Quran oxunub və şəhidə rəhmət diləyiblər.

Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
скачать dle 12.1