“Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir. Şəhid ailələrini qapı arxasında qoyanları biz də qapı arxasında qoyarıq”.

BAKİSESİ.COM APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Təhlükəsizlik Akademiyasında zabit və çavuş məzunların buraxılış mərasimində işdən çıxarılan 3 bələdiyyə sədrləri haqqında danışarkən bu fikirləri bildirib.

Ərdoğan deyib ki, Türkiyə dövləti terrorla mübarizədə ən kiçik bir boşluğa yol verməyəcək, qədim tarixi olan bu dövlətin bayrağını gələcək nəsillərə təhvil vermək üçün həm rəsmi dairələrdə, həm də meydanlarda qətiyyətini davam etdirəcək: “Millətin pulunu dağa göndərənlərin tamaşaçısı olmayacağıq. Kim terrorla, terrorçularla əlbir olarsa, o zaman biz də xalqın bizə verdiyi səlahiyyətlərdən istifadə edərik. Bələdiyyə sədrlərinin vəzifəsi xalqa xidmət etməkdir”.

Ərdoğan əlavə edib ki, məsumla terroirçuya fərq qoymadan milyonlarla insanı öldürənləri demokratiya tərəfdarı kimi qəbul edirlər: “Ölkəmizin təhlükəsizliyi üçün nə lazımdırsa, o şəkildə davranacağıq. S-400 almamız da təhlükəsizliyimizin təminatı üçündür. Biz Türkiyə xalqı şəhidlər verərkən, öz rahat şəraitlərinin pozulmasından narahat olanların sözünə görə hərəkət edəcək deyilik”.

Qeyd edək ki, avqustun 19-da Türkiyənin Diyarbəkir, Van və Mərdin böyükşəhər bələdiyyə sədrləri terrorla əlbir olmaqda şübhəli bilindikərinə görə, işdən azad olunub. Onların barəsində istintaq araşdırmalarına başlanıb.скачать dle 12.1