"Transanadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri iştirakçı ölkələrin rifahına böyük fayda verib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq ölkələrinin energetika nazirlərinin birinci dialoqu zamanı deyib.
Nazir qeyd edib ki, sərhəd qaz dəhlizləri hesabına Türkiyənin qonşu ölklərlə münasibətləri daha da yaxşılaşıb.
F.Dönməz vurğulayıb: "Bizim regional təşəbüslərimiz arasında mühüm olanlardan biri Bakı-Tbilisi-Ceyhandır ki, bu gün üçün bu layihə çərçivəsində 3,2 milyard barel neft nəql olunub və bu neft kəməri artıq 10 ildir ki işləyir".Türkiyəli nazir daha sonra deyib: "Həm Transanadolu qaz kəməri, həm də Bakı-Tbilisi-Ceyhan iştirakçı ölkələrin rifahına, eləcə də regionda tərəfdaşlıq, sülh və sabitliyə böyük töhfə verib".скачать dle 12.1