İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.
Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.
Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.
Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib.скачать dle 12.1