İsrail Baş naziri Binyamin Netanyahunun barəsində irəli sürülmüş korrupsiya ittihamlarının sübut olunacağı təqdirdə siyasətdən getmək qarşılığında əfv tələb edəcəyi iddia olunub.
Teleqraf.com İsrail KİV-ə istinadən xəbər verir ki, Netanyahu aylardır gizli şəkildə siyasi karyerasını bitirmək qarşılığında Prezident Reuven Rivlindən əfv istəməyin yollarını axtarır.
Baş nazirin bu məsələ ilə əlaqədar bir nəfərlə görüşdüyü, amma adı açıqlanmayan həmin şəxsin Rivlinin bu istəyini yerinə yetirməyəcəyini onun diqqətinə çatdırdığı bildirilib.
Məlumatda eyni zamanda, İsrail baş prokuroru Aviçay Mendelblitin bunun qanunlara uyğun olmadığına əsaslanaraq, Netanyahunun bu istəyini rədd edəcəyi vurğulanıb. Ölkənin keçmiş müxalifət lideri İsak Hersoqun Netanyahu ilə Rivlin arasında körpü rolu oynayacağı iddia edilsə də, Hersoq bunu təkzib edib.
İsrail baş naziri barəsində üç ayrı cinayət dosyesi açılıb.
Birinci dosyedə baş nazirin korrupsiya ittihamlarından yayınmaq məqsədilə “Walla News” adlı internet saytında Netanyahu ailəsinin lehinə xəbərlərin tirajlanmasına görə saytın məxsus olduğu “Beseq” şirkətinə 276 milyon dollar rüşvət verdiyi deyilir.
İkinci dosyedə Netanyahunun 2007-2016 illər aralığında iş adamlarından hədiyyə adı altında 283 min dollar həcmində siqar, sampan şərabı, zinyət əşyaları və təyyarə bileti aldığı iddia olunur.
Üçüncü dosyedə isə İsrail baş naziri rüşvət almaqda və vəzifəsində sui-istifadə etməkdə ittiham edilir.скачать dle 12.1