ABŞ bizə "Biz də bir nöqtəyə vuraq və siz buna səs çıxartmayın. İş bu şəkildə bağlansın" mesajı göndərib.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin komandanı general-mayor Əbdürrəhim Musəvi bildirib.
Musəvi ABŞ-ın sözügedən mesajına Tehranın bu şəkildə cavab verdiyini qeyd edib: "Əgər birini vursanız, 10-unu yeyərsiniz".
Musəvi vurğulayıb ki, müharibəyə başlamaq ABŞ-ın əlindədir, ancaq savaşa son nöqtəni İran qoyacaq.
Qeyd edək ki, "Saudi Aramko"nun iki zavoduna edilən hücumla bağlı ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir.