Yəməndəki husilər öz başlarına raket radiusunu artırıblar ki, bunun da sayəsində Səudiyyə Ərəbistanı neft obyektlərinə zərbə endirə biliblər.
Axar.az xəbər verir ki, bunu CBS-yə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, husilər silahı eks-prezident Əli Abdullah Salehdən əldə ediblər.
Zərif Salehin bu silahı hakimiyyətdə olduğu müddətdə Səudiyyə Ərəbistanı pulları hesabına qazandığını bildirib.
XİN rəhbəri husilərin silahları təkmilləşdirəcək texnologiyalara sahib olduğunu deyib.скачать dle 12.1