ABŞ-ın tərəfində terrorizmlə müharibəyə qoşulması Pakistan tarixinin ən böyük səhvidir.
Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər Şurasının seminarında çıxışı zamanı Pakistan Baş naziri İmran Xan deyib.
“1980-ci illərdə ABŞ-a yardım edən Pakistan Əfqanıstanda SSRİ-yə müqavimət təşkil edib. Pakistanın Birləşmiş Kəşfiyyat İdarəsi dünyanın bütün müsəlman ölkələrindən döyüşçülər dəvət edib, onlara təlim verib və SSRİ-yə qarşı cihada göndərib. Cihadçılar o zaman qəhrəman idilər, amma SSRİ və ABŞ-ın Əfqanıstandan getməsindən sonra bütün bu qruplaşmalar heç yerə yoxa çıxmadılar. Bundan sonra 11 Sentyabr baş verdi və Pakistan yenidən ABŞ-ın fəaliyyətlərinə qatıldı. İndi mübarizə terrorçu adlandırılan qruplaşmalara qarşı aparılır. Pakistan bütün bunlardan çox ciddi əziyyət çəkdi. 11 Sentyabrdan sonra ABŞ-a qoşulmaqla Pakistan öz tarixinin ən böyük səhvlərindən birinə yol verdi və nəticədə 70 min pakistanlı öldü, ölkə iqtisadiyyatına 100 milyardlarla dollar ziyan dəydi”, – deyə o bildirib.скачать dle 12.1