Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Fərat çayının şərqində planlaşdırılan əməliyyatından öncə Əsəd hakimiyyəti ilə PKK terror təşkilatının uzantısı olan YPG arasında dialoq çağırışı edib.
Teleqraf.com xəbər verir ki, Lavrov bütün problemlərin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.
O, belə bir dialoqa Rusiyanın dəstək verəcəyini bəyan edib.
YPG üzvlərini kürdlər adlandıran Lavrov bildirib ki, Suriyada kürdlərin nəzarətindəki bölgədə gərginliyin artmasının qarşısını almaq vacibdir.
Dünən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda danışdıqlarını xatırladan Sergey Lavrov qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət duyduğunu bir daha təsdiq etdi.скачать dle 12.1