“Son 4 ildə sərhədlərimiz daxilində 7500, sərhədlərimiz xaricində 8500 olmaqla ümumilikdə 16 min terrorçunu zərərsizləşdirdik. Terror təşkilatının əsas hissəsini Şimali İraqda həbs etdik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Suriyada terrorizmə qarşı yeni başlayan əməliyyatla bağlı Türkiyəni ittiham edənlərə də cavab verib:
“PKK və YPG-nin işğalını görməyənlər bizim atdığımız addımlara dil uzadırlar. Siz bir az kənara durun, biz yolumuza davam edirik. İŞİD-ə qarşı apardığımız mübarizədə kim nə dedi? Onlar öz ölkələrindən Suriyaya terrorçu göndərənlərdir. İŞİD Suriyaya Franasadan, Almaniyadan gəlib. Amma biz 5500 İŞİD-çini geri göndərdik”.скачать dle 12.1