BakiSesi.com

Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var

Tarix:11-10-2019, 16:00 | Oxunub: 6 972
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Suriyanın şimalındakı Aazzez rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissə raket atəşinə tutulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 türkiyəli hərbçi yaralanıb.
Yaralılar Türkiyə ərazisinə çatdırılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.скачать dle 12.1