"Barselona" kapitanı Lionel Messinin yeni müqaviləsi üzərində işləyir.
Milli.Az sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı argentinalı hücumçunu ən azı 2022-ci ilə qədər komandada saxlamaq fikrindədir. 
Eyni zamanda klub Messi futbol səhəsindən kənarda 10 illik sözləşmə də təklif etməyi planlaşdırır. Beləliklə, futbolçu karyerasını bitirdikdən sonra da Messi adı daha 10 il klubun brendinə aid ola bilər. 
Qeyd edək ki, Messi 2005-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir. İspaniya klubunun heyətində 692 matçda 604 qol vuran Lionelin klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayına kimi nəzərdə tutulub. скачать dle 12.1