Türkiyə ordusu və Suriya Milli Ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.
Bakisesi.com xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Suriya Milli Ordusu “Sülh çeşməsi" əməliyyatı nəticəsində Tel Abyadın Savami əl-Dəhliz kəndinin azad edildiyini açıqlayıb.
Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” əməliyyatı nəticəsində ordunun 30-35 kilometr içəri irəlilədiyini və M-4 magistralına nəzarətin ələ keçirildiyini açıqlayıb.скачать dle 12.1