Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trampın "Twitter"də yazdıqlarını oxumur, ancaq hesab edir ki, onun fikirləri dünya üçün vacibdir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiya lideri bunu Al Arabia, Sky News Arabia və RT Arabic-ə verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.
"Mənim özümdə "Twitter" yoxdur. Mən bunu izləmirəm. Ancaq, əlbəttə ki, zaman zaman əməkdaşlarım mənə məlumat verirlər", - Rusiyanın dövlət başçısı bildirib.
Bununla yanaşı, Rusiya lideri vurğulayıb ki, ABŞ Prezidentinin fikri həmişə vacibdir, həmişə çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. "Ancaq özüm onları oxumuram", - V.Putin əlavə edib.скачать dle 12.1