Misirin eks-prezidenti Məhəmməd Mursinin oğlu Abdullah Mursi tutulub.

“Bakisesi.com” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Mursinin böyük oğlu Əhməd bildirib. Şeyx Zahid bölgəsindəki evə edilən polis basqınından sonra Abdullah tutularaq bölməyə aparılıb. Abdullahın tutulma səbəbi hələlik rəsmi dairələr tərəfindən açıqlanmır.

Xatırladaq ki, Abdullah Mursi 2014-cü ildə narkotik maddə istifadəsi cinayətindən nəzarətə götürülmüş, 3 ay sonra haqqında 1 il həbs cəzası verilmişdi. Mursi isə haqqındakı ittihamları qəbul etməmişdi.

скачать dle 12.1