BakiSesi.com

İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”

Tarix:25-02-2021, 23:47 | Oxunub: 21
İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”
İtaliyanın “ElectoMagazine” onlayn qəzetində Enrico Tosellinin müəllifliyi ilə “Xocalı qırğınından 29 il sonra, azərbaycanlılar ədalət istəyir” başlıqlı Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib. 
Bu barədə Azərbaycanın İtaliyadaki səfirliyi məlumat yayıb.
Bildirilib ki, müəllif 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla 613 mülki azərbaycanlıya qarşı amansız qətliam törədilmiş Xocalı faciəsinin hər il anıldığını, sözügedən qətliamı törədənlərin hələ də cəzasız qaldığını bildirib.
Müəllif Xocalıda baş verənlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İnsan Haqları Məhkəməsinin fikirlərinə yer verərək, bu kimi insanlıq əleyhinə amansız faciələrin beynəlxalq təşkilatlar tərəfindən qınanılmasının kifayət etmədiyini, bu faciələrin səbəbkarlarının cəzalandırılmasının vacibliyini vurğulayıb. Xocalı faciəsinin tanıdılması üçün beynəlxalq səviyyədə addımların davam etdirilməsinin vacibliyindən söz açan müəllif müxtəlif ölkələrin qanunverici orqanları tərəfindən Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul edildiyini bildirib. 
Müəllif, həmçinin 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı müharibə cinayətlərinin törədildiyini, çoxsaylı mülki evlərin, məktəblərin, xəstəxanaların və digər strukturların hədəf alındığını qeyd edib.
Məqalədə Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi və həmin ərazilərdə yenidən sülh və əmin-amanlıq içində birgəyaşayışa nail olmaq istədiyi, ancaq Xocalı qətliamının günahkarlarının nəhayət cəzalandırılmasını və qurbanların ailələrinə lazımi təzminatın ödənilməsini tələb etdiyi qeyd olunur.
Məqaləyə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür:
//electomagazine.it/a-29-anni-dalla-strage-di-khojaly-gli-azeri-chiedono-giustizia/скачать dle 12.1