“29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.
“İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - dövlət başçısı qeyd edib.
скачать dle 12.1